18 mart 2026 19:58
116

Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Emmanuel Bonne və digər fransalı həmkarlarla ikitərəfli münasibətləri müzakirə edib.

“İki sahil” xəbər verir ki,  Hikmət Hacıyev bu barədə özünün "X" sosial media hesabında paylaşım edib.

PA rəsmisi qeyd edib ki, Prezident İlham Əliyev və Prezident Emmanuel Makron arasında telefon danışığından sonra Parisdə Prezidentin diplomatik müşaviri Emmanuel Bonne və digər fransalı həmkarlarla məhsuldar görüş keçirib:

"Biz ikitərəfli münasibətlər, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər barədə fikir mübadiləsi apardıq".