Azərbaycanda sabahdan başlayaraq şənbə və bazar günləri də daxil olmaqla ardıcıl 11 günlük bayram tətili başlayır.
“İki sahil” xəbər verir ki, bu il Novruz və Ramazan bayramlarının eyni tarixlərə təsadüf etməsi səbəbindən qeyri-iş günlərinin sayı artıb.
Belə ki, martın 20-24-ü Novruz bayramı günləridir. Bu tarixlərdən 21 və 22-si şənbə və bazar günlərinə düşdüyü üçün Əmək Məcəlləsinə əsasən, 25 və 26 mart da qeyri-iş günü hesab olunur.
Bundan əlavə, Ramazan bayramı günlərinin də qeyri-iş günləri ilə üst-üstə düşməsi səbəbindən növbəti iş günləri – 27 və 30 mart tarixləri də istirahət günü elan edilib.
Martın 31-i isə bayramdan sonra ilk iş günü hesab edilir.
Dövlət Əmək Müfəttişliyi Xidməti bir qrup işəgötürən üçün Laçındakı iki müəssisəyə infotur təşkil edib
Əmək və sosial müdafiə sahəsində kommunikasiya üzrə Türkiyə ilə təcrübə mübadiləsi aparılıb
“Sosial saat”ın budəfəki buraxılışında sosial xidmət müəssisələrində göstərilən xidmətlərdən bəhs olunacaq