Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Gürcüstan Patriarxı II İlyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisiyə səfər edib.
“İki sahil” xəbər verir ki, Tbilisi beynəlxalq hava limanında spikeri Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili qarşılayıb.
Nümayəndə heyətində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və digər rəsmi şəxslər təmsil olunur.
Qeyd edək ki, II İlya martın 17-də 93 yaşında vəfat edib. O, bu gün vəsiyyətinə uyğun olaraq Tbilisidəki müqəddəs Sioni məbədində dəfn olunacaq.
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub VİDEO