23 mart 2026 01:01
105

Qətərlə Oman İranı ABŞ və İsraillə barışdırmaq istəyir

Rəsmi Doha və Maskat rəsmiləri ABŞ və İsraillə münaqişədə atəşkəs elan edilməsi ehtimalı ilə bağlı Tehranla danışıqlara başlayıblar.

“İki sahil” xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ərəb ölkəsindən olan yüksək vəzifəli məmur və iki avropalı diplomatın məlumatlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, Qətər və Oman rəsmiləri bu həftə mümkün atəşkəs barədə İranla əlaqə saxlamağa başlayıblar.

Nəşrin məlumatına görə, bu təşəbbüs ABŞ və İsrailin hərbi potensialının İranda sürətli hakimiyyət dəyişikliyi üçün yetərli olmadığı qənaətinə gəlməkdən sonra irəli sürülüb.

İran atəşkəsi müzakirə etməyə hazır olduğunu bildirib, lakin bu şərtlə ki, əvvəlcə ABŞ və İsrail hərbi əməliyyatlara son qoysun.