İsrail 23 martdan etibarən Ben-Qurion hava limanında uçuş məhdudiyyətlərini sərtləşdirəcək.
“İki sahil”in "Ynet" portalına istinadən verdiyi məlumata görə, müvafiq əmri ölkənin nəqliyyat naziri Miri Regev verib.
Nəşrin məlumatına görə, uçuşlarda sərnişinlərin sayı 120-dən 50-yə endiriləcək.
Bundan əlavə, uçuşların sayı hər istiqamətdə iki deyil, saatda birə endiriləcək.