Milli Məclisin sədri Sahibə Qafarova Asiya Boao Forumuna qatılmaq üçün Çində işgüzar səfərdədir.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Sahibə Qafarovanın forumun rəsmi açılış mərasimində çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, Asiya ölkələrinin 1998-ci ilin maliyyə böhranından sonra iqtisadi inteqrasiyaya can atdığı bir vaxtda, 2001-ci ildə əsası qoyulmuş forum qeyri-hökumət təşkilatı olaraq Asiyada və onun hüdudlarından kənarda maraqlı tərəflər arasında fikir mübadiləsi aparmaqla məşğuldur. "Şərqin Davosu" adlanan forumun illik yüksəksəviyyəli konfransları ilə yanaşı, il ərzində müxtəlif formatlarda tədbirləri də təşkil olunur.
Prezident İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik edib - YENİLƏNİB
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib