ABŞ Tehrana göndərdiyi danışıqlar barədə açıq siqnallara baxmayaraq, gizli şəkildə İrana quru hücumu planlaşdırır.
“İki sahil” IRNA-ya istinadla xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf bildirib.
"ABŞ öz istəklərini 15 bənddən ibarət siyahı şəklində ifadə edib və müharibədə nail ola bilmədiklərinə can atır. Düşmən açıq şəkildə danışıqlar barədə siqnal göndərir və eyni zamanda, gizli şəkildə quru hücumu planlaşdırır", - o qeyd edib.
Bununla yanaşı, Qalibaf vurğulayıb ki, İran istənilən quru hücumunu dəf etməyə hazırdır.
Daha əvvəl "The Washington Post" qəzeti xəbər yaymışdı ki, Pentaqon İran ərazisində tammiqyaslı müdaxilə əvəzinə, xüsusi təyinatlıların və piyadaların nöqtəvi reydlərini nəzərdə tutan məhdud quru əməliyyatları variantları üzərində işləyir.