29 mart 2026 14:41
133

Hörmüz boğazı minalardan necə təmizlənəcək?

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin "RFA Lyme Bay" böyük desant gəmisi Hörmüz boğazının minalardan təmizlənməsinə hazırlıq çərçivəsində minaaxtaran pilotsuz aparatların üzən buraxılış bazasına çevrilib.

“İki sahil” xəbər verir ki, bu barədə "The Sunday Times" nəşri hərbi mənbələrə istinadla məlumat yayıb.

"Bu qabaqlayıcı addım ticarət gəmiçiliyinin normal axınının bərpasında kömək tələb olunacağı təqdirdə, nazirlərə fəaliyyət variantları verir", - mənbələr qeyd edib.

"Lyme Bay"ın Hörmüz boğazına göndərilməsi barədə yekun qərarın hələ qəbul edilmədiyi bildirilib.

"Lyme Bay" gəmisi vaxtaşırı humanitar yardımın göstərilməsində və ya üzən hospital, eləcə də aviasiya üçün platforma kimi istifadə olunan Böyük Britaniya köməkçi donanmasının bir hissəsidir. 2025-ci ilin sonundan etibarən o, Cəbəllütariqdəki hərbi dəniz bazasında yerləşir.