"Ümid edirik ki, Ermənistan və Azərbaycan arasında bərqərar olan sülh təkcə iki dövlət və cəmiyyət arasında sabit dinc yanaşı yaşama və mehriban qonşuluq münasibətlərinin formalaşmasına xidmət etməyəcək, həm də uydurma tezislərin mövcudluğuna son qoyacaq və nifrət nitqini istisna edəcək".
“İki sahil” xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan “Armenpress”ə verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan liderləri də bu barədə Vaşinqtonda razılığa gəliblər: "2025-ci ildə 8 avqustda imzalanmış bəyannamənin 5-ci bəndində iki xalq arasında düşmənçilik səhifəsinin bağlanması və saysız-hesabsız insan əzablarına səbəb olan münaqişədən sonra iki xalq arasında mehriban qonşuluq münasibətlərinin başlaması ehtimalı açıq şəkildə qeyd olunur".
Azərbaycan ilə Küveyt arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib
Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər