02 aprel 2026 10:42
95

Gürcüstan ombudsmanı Tbilisidəki Azərbaycan teatrının binasının vəziyyətinə diqqət çəkib

"Milli azlıqların tam vətəndaş inteqrasiyasına nail olmaq üçün onların mədəniyyətlərini qorumaq və təşviq etmək vacibdir".

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan ombudsmanı Levan İoselianinin 2025-ci il üzrə ölkədə insan hüquqları və azadlıqlarının vəziyyətinə dair hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, milli azlıqların mədəniyyətlərinin populyarlaşdırılmasına yönəlmiş tədbirlərin sayı hələ də azdır.

"Milli azlıqlar üçün mədəni əhəmiyyət kəsb edən və uzun illərdir möhkəmləndirmə və bərpaya ehtiyacı olan binaların vəziyyəti problemli olaraq qalır. Onların arasında təəssüf ki, bərpası hətta 2025-ci ildə belə aparılmayan Azərbaycan dram teatrını qeyd etmək lazımdır", - hesabatda deyilir.

Qeyd edək ki, Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı Tbilisinin Qorqasali küçəsi 1 ünvanında yerləşir. 150-dən çox yaxşı olan mədəniyyət ocağının binası illərdir qəzalı hesab edilir və bərpasının mümkünsüz olduğu bildirilir. Teatr üçün yeni binanın təməli 2023-cü ilin oktyabrın 27-də qoyulub, lakin inşa işlərinə bu günədək başlanılmayıb.