02 aprel 2026 16:51
91

Təhsil müəssisələrinin akkreditasiya prosesində ən çox rast gəlinən ÇATIŞMAZLIQLAR HANSILARDIR?

Təhsil müəssisələrinin akkreditasiya qiymətləndirməsində rast gəlinən çatışmazlıqlar hər bir ali təhsil müəssiələri (ATM) üzrə fərqli ola bilər. Yekun Hesabatlar əsasında aparılan təhlillər göstərir ki, çağırışlar, əsasən, strateji planlama, idarəetmə, daxili keyfiyyət təminatı, təhsil proqramlarının monitorinqi, elmi-tədqiqat fəaliyyəti və beynəlmiləlləşmə sahələrində rast gəlinir.

Bu fikirləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə heyətinin sədri Tural Əhmədov “İki sahil”ə müsahibəsində bildirib.

Sədr vurğulayıb ki, Akkreditasiya Komissiyası bu çatışmazlıqları müəyyən etmək üçün ATM-ləri Akkreditasiya Meyarları əsasında 7 əsas istiqamət üzrə qiymətləndirir. Qiymətləndirmə prosesində müəssisənin istiqamətlər üzrə güclü və zəif tərəfləri müəyyən edilir, müvafiq göstəriş və tövsiyələr verilir, həmçinin nəticələr Yekun Hesabat formasında təqdim olunur. Yekun Hesabatda yer alan göstəriş və tövsiyələrdən irəli gələn Fəaliyyət Planı aidiyyəti ATM tərəfindən hazırlanır və TKTA ilə razılaşdırılır. TKTA sözügedən Fəaliyyət Planının icrası ilə əlaqədar illik əsasda monitorinq həyata keçirir.

Yaqut Ağaşahqızı, “İki sahil”