Polşa xarici işlər naziri Radoslav Sikorski "Türk axını" qaz kəmərinə planlaşdırıldığı ehtimal edilən diversiyanın qarşısının alınmasını “şübhəli dərəcədə uğurlu təsadüf” adlandırıb.
“İki sahil” xəbər verir ki, o, bu barədə X platformasında paylaşım edib.
Daha əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç qaz kəmərinin Macarıstana gedən hissəsi yaxınlığında partlayıcı maddə aşkar edildiyini bildirmişdi.
Macarıstan xarici işlər naziri Peter Siyarto isə “Türk axını”na qarşı mümkün diversiyanı ölkənin suverenliyinə qarşı hücum kimi qiymətləndirib.