ABŞ Dövlət Katibi Marko Rubionun NATO-nun effektivliyini şübhə altına alan şərhləri Aİ rəhbərliyini "dəfn mərasimi əhval-ruhiyyəsinə" salıb.
“İki sahil” xəbər verir ki, bu barədə "The Economist" məlumat yayıb.

Məqalədə qeyd olunur ki, alyansın vəziyyəti ilə bağlı narahatlıq yüksək səviyyədədir. ABŞ-ın NATO-dakı keçmiş daimi nümayəndəsi İvo Daalder bildirib ki, bu, “NATO-nun indiyə qədər düşdüyü ən pis vəziyyətdir”.
Eyni zamanda, Finlandiya rəsmisi etiraf edib ki, vəziyyət artıq Aİ-nin ABŞ-ın NATO ilə bağlı siyasət qərarlarına təsir edə biləcəyi nöqtəni keçib.
Xatırladaq ki, Marko Rubio daha əvvəl ABŞ-ın NATO-dakı rolunu və bu təşkilatın ölkə üçün əhəmiyyətini yenidən nəzərdən keçirməli olduğunu bildirmişdi.