Kosta Rika hökuməti İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), “Hizbullah” (Livan), HƏMAS (Fələstin) və “Ənsarallah” (Yəmən-Husilər) terror təşkilatları siyahısına daxil etdiyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
İsrail xarici işlər naziri Gideon Saar bundan sonra Kosta Rikanın qərarını alqışlayan açıqlama verib: “Bu qətiyyətli addım İranın dəstəklədiyi terrorizmə qarşı beynəlxalq koalisiyanı gücləndirir, Yaxın Şərq və Qərb yarımkürəsində təhlükəsizliyə mühüm töhfə verir”.