10 aprel 2026 11:09
116

Tramp NATO ölkələrini cəzalandıra bilər

ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Rutteni ABŞ-yə kömək etmək istəməyən müttəfiq ölkələri cəzalandırmaqla hədələyib.

“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

"Qapalı danışıqlarla tanış olan insanların sözlərinə görə, Tramp Ağ Evdə Rutte ilə görüşü zamanı qəzəbli olub. O, müharibəni kifayət qədər dəstəkləməyən Avropa ölkələrini cəzalandırmaqla hədələyib" - nəşr bildirib.

Eyni zamanda, qəzetin mənbələrinin qeyd etdiyi kimi, Tramp heç bir konkret tədbir təqdim etməyib.