10 aprel 2026 11:12
110

İran ABŞ ilə danışıqlardan imtina etdi

İranın nümayəndə heyəti Pakistanın İslamabad şəhərinə getməyib. 

“İki sahil” xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. 

Bildirilib ki, bəzi media orqanlarında İranın nümayəndə heyətinin amerikalılarla danışıqlar aparmaq üçün Pakistanın İslamabad şəhərinə getdiyi barədə yayılan xəbərlər tamamilə yalandır: "Amerika Livanda atəşkəs öhdəliyini yerinə yetirmədikcə və sionist rejimi hücumlarını davam etdirdikcə danışıqlar dayandırılacaq".