ABŞ-nin Hörmüz boğazını blokadaya alması fonunda İran "maksimum döyüş hazırlığı" vəziyyətindədir.
“İki sahil” "CNN World"ə istinadən xəbər verir ki, bu barədə İranın müdafiə nazirinin səlahiyyətlərini icra edən Məcid ibn əl-Rza bildirib.
Onun sözlərinə görə, ölkə istənilən ssenariyə hazırdır və ona qarşı təcavüz törədənlər sərt və qətiyyətli cavab alacaq.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Hörmüz boğazındakı blokadasından yan keçməyə cəhd edən bütün İran gəmilərini məhv etməklə hədələyib.