14 aprel 2026 10:22
124

Assosiasiya sədri: Fermer qadınların inkişafı qarşıda duran məqsədlərdən biridir

Azərbaycanda qadınların 77 faizi kənd ərazilərində yaşayır və bu qadınların 35 faizinin gəlirləri yalnız torpağa bağlıdır.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı çərçivəsində keçirilən “Qadın sahibkarlığının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi” adlı müzakirələrdə deyib.

O bildirib ki, fermer qadınların inkişafı üçün bizim qanunlarımız çox mükəmməl, hərtərəflidir. Fermer qadınların inkişafının, onların agrosahibkar kimi formalaşmasının təkmilləşməsi üçün biznesin qeydiyyatının sadələşdirilməsi, elektron xidmətlərin təkmilləşdirilməsi və eyni zamanda, qadınların maliyyə resurslarına çıxışının da təşkil olunması, təkmilləşdirilməsi bizim qarşımızda duran məqsədlərdən biridir.