14 aprel 2026 16:59
247

Elmi Cərrahiyyə Mərkəzində gənc cərrahların hazırlanması və təcrübə proqramları genişləndirilir

Mərkəzdə gənc cərrahların hazırlanması və ixtisas artırma prosesləri müxtəlif yollarla təşkil olunur. Mərkəzdə ümümi cərrahlıq, anesteziologiya və ürək-damar cərrahiyyəsi sahələrində doktorantura və dissertanturaya gənc cərrahları elmi-tədqiqat işləri üçün qəbul edilir. Həmçinin, davamlı tibbi təhsil proqramları və beynəlxalq təcrübə mübadiləsi təşkil olunur. Tələbələr və gənc mütəxəssislər burada həm elmi, həm də praktik təcrübə qazanırlar. Mərkəzə hər il rezidentura təhsili üçün gənc həkimlər qəbul edilir.

Bunu akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi Nazim Hacıyev “İki sahil”ə özəl müsahibəsində bildirib.

Onun sözlərinə görə, Elmi Cərrahiyyə Mərkəzində Azzərbaycan Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasının, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, Ə.Əliyev adına Azərbaycan dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun ümumi cərrahiyyə kafedrasının bazaları fəaliyyət göstərir.

Yaqut Ağaşahqızı, “İki sahil”