14 aprel 2026 19:48
161

1993-cü ildən sonra ilk...

Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə keçirilən İsrail və Livan danışıqları başlayıb.

“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, bu, Livan və İsrailin 1993-cü ildən bəri ilk belə təmaslarıdır.

Vaşinqtondakı danışıqlarda ABŞ tərəfini dövlət katibi Marko Rubio, Dövlət Departamentinin müşaviri Mayk Nidhem və ABŞ-nin Livandakı səfiri Mişel İssa təmsil edir.

İsrail və Livan nümayəndə heyətlərini isə ABŞ-dəki səfirlər Nada Həmmadə-Müavvəd və Yexiel Layter təmsil edir.