15 aprel 2026 12:34
168

İlin ilk 3 ayında 10 minə yaxın adamı heyvan dişləyib

2026-cı ilin ilk üç ayı ərzində respublika üzrə 9595 nəfər heyvan dişləməsi və cırmaqlanmasına məruz qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bunlardan 6890 nəfəri it dişləməsi olub.

"Bu da ümumi hadisələrin 71,8 %-ni təşkil edir. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə heyvanlar tərəfindən xəsarət alanların sayı 9295 nəfər olub, onlardan 6939 nəfəri it dişləməsi ilə bağlı qeydə alınıb (74,7 %).

Heyvan dişləməsi və cırmaqlanmasına məruz qalan bütün şəxslər quduzluq xəstəliyinə qarşı profilaktik vaksinasiya kursunun aparılması üçün tibb müəssisələrinə vaxtında cəlb olunublar. Görülən profilaktik tədbirlər nəticəsində cari ilin ilk üç ayı ərzində insanlar arasında quduzluq hadisəsi qeydə alınmayıb", - məlumatda qeyd olunub.