Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda məktəbə silahlı hücumla bağlı ölən müəllim və şagirdlərin ailələrinə başsağlığı verib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin rəsmi sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
Ərdoğan vurğulayıb ki, hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır:
"Millət olaraq hamımızı kədərləndirən hücumdan siyasi polemika və reytinq üçün vasitə kimi istifadə edilməməsi mənəviyyat və vicdan borcdur.
Vəziyyətin həssaslığını nəzərə alaraq, cəmiyyətin bütün təbəqələrindən, xüsusən də mətbuatdan diqqətli olmağı xahiş edirəm" - Prezident bildirib.
Qey edək ki, Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı artıb.
Kahramanmaraş’ta gerçekleşen, tüm Türkiye’yi derinden üzen silahlı saldırıdan etkilenen tüm vatandaşlarımıza, tüm ailelerimize, özellikle sevgili yavrularımıza geçmiş olsun dileklerimi iletiyorum.
— Recep Tayyip Erdoğan (@RTErdogan) April 15, 2026
Bu elim saldırıda maalesef pırıl pırıl evlatlarımızı ve fedakâr bir eğitimcimizi…