ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İranla yekun razılaşma bağlanana qədər Hörmüz boğazını blokadada saxlayacağını bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Hörmüz boğazı tamamilə açıqdır və işləməyə, eləcə də tammiqyaslı gəmiçiliyə hazırdır. Lakin hərbi dəniz blokadası tam şəkildə qorunacaq və müstəsna olaraq İrana qarşı tətbiq ediləcək - İranla razılaşmamız 100% tamamlanana qədər", - o yazıb.
Tramp əlavə edib ki, iki ölkə arasındakı razılaşmanın əksər bəndləri artıq razılaşdırıldığı üçün bu proses çox sürətlə keçməlidir.