21 aprel 2026 11:12
117

Qorbaçov və Reyqanın görüşdüyü həmin villa satıldı

Cenevrə yaxınlığında yerləşən villa İsveçrədə satılıb.

“İki sahil” xəbər verir ki,  RİA Novosti daşınmaz əmlak şirkətinin sənədinə istinadla xəbər verir ki, evdə 1985-ci ildə keçmiş Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan arasında ilk görüş keçirilib.

993 kvadratmetrlik villa 12,363 milyon İsveçrə frankına satılıb. Satışı həyata keçirən hərrac evi olan Concierge Auction əvvəlcə ərazini 23 milyon frank qiymətləndirib. 1867-ci ildə tikilmiş 26 otaqlı binanın Monblan mənzərəsi olan Cenevrə gölünə birbaşa çıxışı var. Binanın yanında 3200 kvadratmetrdən çox sahəni əhatə edən heykəlləri olan abadlaşdırılmış park var.

Mixail Qorbaçov və Ronald Reyqan arasında ilk görüş 19 noyabr 1985-ci ildə Nüvə Silahsızlanması Sammitində baş tutub. Görüşdən sonra iki dövlət başçısı birgə bəyanat verərək ABŞ ilə SSRİ arasında silahlı münaqişənin yolverilməz olduğunu bildirdilər.