Ukrayna lideri Vladimir Zelenskinin ofisi gənc Ukrayna vətəndaşları üçün mövcud çıxış icazəsinin qaldırılması imkanlarını müzakirə edir.
“İki sahil” xəbər verir ki, bu barədə Ali Radanın deputatı Dmitri Razumkov Ukraynanın "Politeka Online" YouTube kanalına verdiyi müsahibədə bildirib.
2025-ci ilin avqust ayında 18-22 yaş arası gənclərə ölkəni sərbəst şəkildə tərk etməyə icazə verilib.
Razumkov izah edib ki, o vaxtdan bəri təxminən 600.000 gənc kişi və qadın sərhədi keçib. Onun sözlərinə görə, məhz bu kütləvi əhali axını ciddi məhdudiyyətlərin bərpası ilə bağlı müzakirələrə səbəb olub.
"Yeri gəlmişkən, hazırda bu qaydanın ləğvi ilə bağlı danışıqlar gedir", - deyə deputat əlavə edib.