22 aprel 2026 10:07
189

Bu gün Azərbaycan Kubokunda növbəti finalçı bəlli olacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunda növbəti finalçı bəlli olacaq.

“İki sahil” xəbər verir ki, yarımfinalın ikinci cavab oyununda “Sabah” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Bu komandaların ilk duelində qalib müəyyənləşməyib – 2:2.

Qeyd edək ki, “Sabah” – “Qarabağ” cütünün qalibi finalda “Zirə”nin rəqibi olacaq. “Qartallar” ilk oyunda 2 cavabsız qolla qalib gəldiyi “Turan Tovuz”la qolsuz heç-heçə edərək finala vəsiqə qazanıb.