23 aprel 2026 20:54
136

Tramp: İranla bağlı atdığım addımlar çox yaxşı nəticə verir

ABŞ Prezidenti Donald Tramp İrana edilən təzyiqin effekt verdiyini bildirib.

“İki sahil” xəbər verir ki, Tramp bunu BBC-yə telefonda açıqlayıb.

Trampın İrana qarşı nüvə silahından istifadə edilməsi ilə bağlı mümkün təhdid kimi qəbul edilən, "bu gecə bütöv bir sivilizasiya məhv olacaq" bəyanatı barədə sual verilib.

"Qarşı tərəf razılaşma əldə etməyi çox istəyir. Buna görə də, mən nə desəm və nə etsəm də, bu, görünür, çox yaxşı işləyir", - o cavablandırıb.

Daha əvvəl Tramp İran üçün bütöv bir sivilizasiyanın məhv ola biləcəyi "həlledici gecə" barədə danışıb.