25 aprel 2026 21:48
114

Abbas Əraqçi Omana gedib

İranın xarici işlər naziri Abbas Əraqçi Pakistandan Omana gedib.

“İki sahil” xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi xəbər yayıb.

Məlumata görə, A.Əraqçi səfər zamanı ikitərəfli münasibətləri və regional prosesləri müzakirə etmək üçün Maskatda Omanın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək.

İranın xarici işlər naziri daha əvvəl İslamabadda Pakistan Silahlı Qüvvələrinin baş komandanı Asim Munir və Baş nazir Şahbaz Şəriflə görüşüb. Əraqçi Tehranın ABŞ və İsraillə müharibəyə son qoymaq mövqeyini Pakistan tərəfinə çatdırıb.