26 aprel 2026 01:08
105

Afrikada fil sürüsü ABŞ-lı milyonçunun ov səfərinə son qoydu

Amerikalı iş adamı 75 yaşlı Ernie Dosio nadir bir antilop növünü ovlamaq üçün Qabondakı meşəyə girib və fil sürüsünün hücumu nəticəsində ölüb.

“İki sahil” xəbər verir ki,  xarici mediaya istinadla xəbər verir ki, Qabonun Lope-Okanda meşələrində baş verən hadisədə peşəkar bələdçisi ilə bölgəyə səyahət edən Dosio qəflətən beş fil sürüsünün hücumuna məruz qalıb.

Dosio fil sürüsü tərəfindən tapdalandıqdan sonra hadisə yerində ölüb, bələdçisi isə ağır xəsarətlərlə sağ qalıb.

Kaliforniyada yaşayan 75 yaşlı iş adamı Dosio uzun illərdir ki, dünyada "kubok ovu" kimi tanınan ovçuluqla məşğul olurdu.