26 aprel 2026 13:38
94

Bu ölkədə güclü zəlzələ oldu

Monqolustanda 6.0 maqnitudalı zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Çin Seysmoloji Mərkəzinin mətbuat xidmətinə istinadən xəbər verir.

Mütəxəssislərin məlumatına əsasən, zəlzələ ocağı 15 km dərinlikdə yerləşib. Yeraltı təkanlar, həmçinin Çinin Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhərində də hiss olunub.