26 aprel 2026 18:30
121

"İnter" aşağı liqaya düşə bilər

İtaliya A Seriyasında "İnter" klubu aşağı liqaya düşə bilər.

“İki sahil” xəbər verir ki, klubun adı hakim təyinatları ilə bağlı ciddi iddialarda hallanır və bu fonda Hakimlər Komitəsinin rəhbəri Canluka Rokki istefa verib.

Məlumata görə, əgər dələduzluq faktı öz təsdiqini taparsa, Milan klubu çox sərt sanksiyalarla üzləşə bilər. Belə ki, komandanın 2024-cü ildə qazandığı iki titulunun əlindən alınması, hətta komandanın B Seriyasına göndərilməsi ehtimalı var.

Xatırladaq ki, İtaliya futbolunda buna bənzər səs-küylü hakim qalmaqalı illər əvvəl də yaşanmış və nəticədə "Yuventus" B Seriyasına yuvarlanmışdı.

Qeyd edək ki, komanda növbəti turda "Torino" ilə üz-üzə gələcək.