27 aprel 2026 10:27
97

Turan Bayramov: “Hədəfim Avropa çempionu olmaq idi”

“İki sahil” xəbər verir ki, sərbəst güləş üzrə Avropa ikincisi Turan Bayramov (74 kq) təəssüratlarını bölüşüb: “Hədəfim Avropa çempionu olmaq idi. Artıq ikinci dəfədir ki, bu şansı əldən verirəm. Çox təəssüflənirəm. Final görüşündə taktiki səhv etdim. Bütün hesablarım 3:0-dan sonra puça düşdü. Bu medalı qızıla çevirmək üçün əlimdən gələni edəcəyəm. Rəqiblə güləş üslubumuz tamam fərqlidir. O, rəqibi tutub saxlamaqla fəndi edir. Mənə açıq güləşən rəqiblər daha rahat olur. Bu idmançı isə ancaq fiziki gücün hesabına, döşəkdən kənarlaşdıraraq üstünlük əldən edir. Bu, mənim güləş üslubuma əks olduğu üçün çətinlik çəkirəm. Yunan-Roma güləşində 77 kq, sərbəst güləşdə isə 74 kq ən çox rəqabətin olduğu çəkidir. Hər bir medal idmançı üçün dəyərlidir”.