"Hizbullah" qrupunun lideri Naim Qassem İsrail ilə birbaşa danışıqlar aparmaq ehtimalını rədd edib.
“İki sahil” xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
Qassem bildirib ki, "Hizbullah" Livan və xalqı naminə müqavimətini davam etdirəcək.
17 apreldə İsrail və Livan 10 günlük atəşkəs imzalayıblar. 24 apreldə ABŞ prezidenti Donald Tramp iki tərəfin atəşkəsi üç həftə uzaddığını elan edib. Daha sonra iki tərəf qarşılıqlı zərbələr endirib.