27 aprel 2026 17:58
128

Orta Dəhlizin strateji elementi: Naxçıvan dəmir yolu layihəsi

Azərbaycan Avropa ilə Asiya arasında Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Xüsusilə Orta Dəhliz (Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu) Avropanın Asiya bazarlarına çıxışında mühüm alternativ yol kimi ön plana çıxır. Bu dəhlizin inkişafı Avropanın ticarət və logistika imkanlarını genişləndirməklə yanaşı, regionda iqtisadi əməkdaşlığın güclənməsinə də xidmət edir.  Ekspertlərə görə, Zəngəzur dəhlizinin açılması ölkəmizə əlavə olaraq 15 milyon ton illik yükaşırma imkanı yaradacaq.

Orta Dəhlizin mühüm həlqələrından biri olan Naxçıvan dəmir yolu xətti Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Türkiyə-Avropa xəttini qısaldır. Bu baxımdan Avropa İttifaqının (Aİ) və ABŞ-ın bu lahiyəyə marağı getdikcə artır. Cari il yanvarın 29-da Avropa İttifaqı və Azərbaycanın Aİ-nin Qlobal Dəhliz (EC Global Gateway) təşəbbüsü və Regionlararası Bağlantılar Proqramı çərçivəsində tərəfdaşlıqlarını gücləndirmək barədə razılığa gəlməsi Aİ-nin Naxçıvanda dəmir yolu şəbəkəsinin inkişafını Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və iqtisadi artım üçün əsas olmağa qadir strateji prioritet kimi görməsi bunun əyani təsdiqidir.

“Türkiyə və Cənubi Qafqaz vasitəsilə Aİ-ni Mərkəzi Asiya ilə birləşdirən Regionlararası Bağlantı Proqramının Sürətləndirilməsi” adlı hesabat üç əsas istiqamət-nəqliyyat-ticarət, enerji və rəqəmsallaşdırma sahələri üzərində təşkil olunmuşdur. Hər bir istiqamət üzrə müvafiq fəsillərdə Aİ-nin sektorlar üzrə nəqliyyat əlaqələri sahəsində inkişaf prioritetləri, prioritetlərə uyğunluq baxımından qruplaşdırılmış cari və planlaşdırılan təşəbbüslərin cədvəlləri (mövcud uyğunluğu və gözlənilən töhfəni əks etdirməklə) və müvafiq hallarda tövsiyələr təqdim olunur. Hesabatın yekun hissəsində nəzərəçarpacaq nəticələr əldə etmək üçün idarəetmə və koordinasiyaya dair tövsiyələr yer alır.

Naxçıvanda dəmir yolu xətlərinin yenidən qurulması Orta Dəhlizin starteji genişlənməsini nəzərdə tuttur. Ötən ildən başlanan bu layihələr (xüsusilə Qarsa-İqğdır-Naxçıvan) Zəngəzur dəhlizinin funksionallığını gücləndirərək regional ticarəti və iqtisadi bağlantıları güclədirir. Ümumi uzunluğu 194,1 kilometr olan dəmir yolu xətti boyunca 10 stansiyanın yenidən qurulması nəzərdə tutulur. Layihə çərçivəsində ümumilikdə 814 mühəndis qurğusu, o cümlədən 29 körpü, 4 tunel və 12 qalereya inşa ediləcək. Yeni dəmir yolu xətti Zəngəzur dəhlizinə qoşularaq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru nəqliyyat əlaqəsini təmin edəcək. Eyni zamanda, bu xətt Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutlarının mühüm tərkib hissəsi kimi Türkiyə və Avropa bazarlarına çıxış imkanlarını genişləndirəcək.

Layihənin icrası ölkəmizin tranzit potensialının artırılmasına, regional nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsinə və iqtisadi inkişafın sürətlənməsinə mühüm töhfə verəcək. Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi 223,9 kilometr uzunluğunda yüksək standartlı dəmir yolu xəttini əhatə edir. Saatda 120-160 kilometr sürət üçün nəzərdə tutulan layihə 5 ilə tamamlanacaq. Uzunluğu 638 metr olan 10 körpü, 5,5 kilometr uzunluğunda 144 yeraltı keçid tikiləcək. Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi muxtar respublikanın nəqliyyat və iqtisadi potensialını artıracaq, eyni zamanda, beynəlxalq ticarətə yeni imkanlar yaradacaq. 

Hazırda Qərbdə Orta Dəhlizin mühüm həlqələrindən olan Naxçıvan dəmir yolu layihəsinin başa çatdırılmasını olduqca vacib element kimi dəyərləndirirlər. Aİ Orta Dəhlizin əsas seqmentlərindən biri olan olan Zəngəzur dəhlizinin Naxçıvandan keçəcək marşrutuna xüssuilə diqqət yetirir. Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos bildirib ki, Naxçıvana dəmir yoluna xüsusi diqqət yetirlir: “İrandakı müharibə vəziyyəti səbəbindən Cənub ticarət yolları artıq mövcud deyil. Buna görə də ən yaxşı seçim Orta Dəhlizdir. Biz də iştirak edirik. Bəli, Tramp da iştirak edir, Ermənistan ərazisindən keçən 42 kilometrlik dəhliz layihəsi (Tramp Marşrutu) var. Azərbaycanla işləyirik, Naxçıvana dəmir yolu üçün texniki-iqtisadi əsaslandırma aparırıq. Bu gündəm nəqliyyatdan daha çox şeydir, bura enerji və rəqəmsal infrastruktur da daxildir. Enerji xüsusilə vacibdir, çünki hazırda ciddi risklərlə üzləşirik”. 

Zahid Rza, “İki sahil”