29 aprel 2026 14:10
95

Kralın Konqresdə etdiyi tarixi çıxışdan çıxarılan əsas nəticələr...

Kral III Çarlz-ın ABŞ-a səfəri əvvəlcə böyük bir bayram kimi planlaşdırılmışdı - ABŞ-ın 250 illiyi, davamlı ABŞ–Birləşmiş Krallıq münasibətləri və “xüsusi əlaqə”nin qeyd olunması məqsədilə.

Lakin səfər, eyni zamanda, “xilasetmə missiyası” kimi də qiymətləndirilib. Mövcud vəziyyətdə ABŞ–Böyük Britaniya münasibətlərinin müəyyən gərginlik daşıdığı bildirilir və bu gərginliyin səbəblərindən biri kimi Böyük Britaniyanın ABŞ və İsrail-in İrana qarşı mümkün birgə hərbi əməliyyatlarına tam dəstək vermək istəməməsi göstərilir.

Bu kontekstdə Kralın əsas məqsədi, xüsusilə çərşənbə axşamı günortadan sonra ABŞ Konqresi qarşısında etdiyi çıxış vasitəsilə “kral diplomatiyası”nın yumşaldıcı təsirindən istifadə edərək münasibətlərdəki gərginliyi azaltmaq olub.

O, çıxışında iki ölkə arasında əsrlər boyu formalaşmış münasibətləri xarakterizə edən “barış və yenilənmə” ideyasına toxunub və bu fikirləri daha sonra Ağ Evdə keçirilən rəsmi dövlət ziyafətində də davam etdirib.

Bununla belə, bu çıxış həm də diqqət çəkib, çünki o, 1991-ci ildə Kraliça II Elizabetdən sonra Konqresdə çıxış edən ilk Britaniya monarxı olub. Nitqdə həm Demokrat Partiyasını ruhlandıra biləcək, həm də ABŞ administrasiyası üçün bəzi narahatlıq yarada biləcək mesajların yer aldığı qeyd olunub.

Zeynəb Ramizzadə,
BSU-nun tələbəsi