ABŞ Prezidenti Donald Tramp Kuba hökumətinə qarşı sanksiyaların genişləndirilməsi haqqında fərman imzalayıb.
“İki sahil” "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin iki nümayəndəsi bildirib.
Məlumata görə, yeni məhdudiyyətlər Kuba hökumətinin təhlükəsizlik aparatını dəstəkləyən, eləcə də korrupsiyada və insan hüquqlarının ciddi şəkildə pozulmasında iştirak edən şəxslərə və təşkilatlara qarşı yönəlib.
Qeyd olunub ki, fərman məhdudiyyətlər altına düşən şəxslərlə sövdələşmələrin həyata keçirilməsinə və ya onlara yardım göstərilməsinə görə ikinci dərəcəli sanksiyaların tətbiq edilməsi imkanını nəzərdə tutur.
Eyni zamanda vurğulanıb ki, yeni tədbirlər ABŞ administrasiyasının Kubaya təzyiqi gücləndirmək istiqamətində növbəti addımı olub.
"Trampın fərmanı Kubaya üstüörtülü xəbərdarlıq ehtiva edirdi, çünki Kuba hökuməti İranın və "Hizbullah" kimi yaraqlı qruplaşmaların tərəfini tutmuşdu", - məlumatda bildirilib.