Son sutka ərzində İsrailin Livana endirdiyi aviazərbələr nəticəsində 15 nəfər ölüb, 85 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, Livanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkə hesabında bu barədə məlumat yayıb.
"Martın 2-də hərbi eskalasiya başlayandan bəri ölənlərin ümumi sayı 2 727-yə, yaralıların sayı isə 8 438-ə çatıb", - məlumatda qeyd olunub.
Nazirlikdən bildirilib ki, bu gün Nəbatiyyə şəhəri və onun ətrafı intensiv bombardmana məruz qalıb, xilasedicilər dağıntıları təmizləməklə məşğuldurlar. "Günün sonuna qədər qurbanların və zərərçəkmiş vətəndaşların sayı arta bilər", - Səhiyyə Nazirliyindən vurğulanıb.