Kremlin nümayəndələri mayın 9-da keçiriləcək Paradı işıqlandırmaq üçün əvvəlcədən akkreditasiya verilmiş xarici media nümayəndələrinin icazələrini ləğv edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb.
Nəşrin məlumatına əsasən, akkreditasiyanın ləğv edilməsi barədə redaksiyalara telefon vasitəsilə məlumat verilib. Bildirilir ki, Almaniyanın ARD və ZDF kanallarının jurnalistləri, Sky News müxbiri, Fransanın AFP agentliyinin əməkdaşları, İtaliyanın Rai telekanalı və Yaponiyanın NHK nümayəndələri də akkreditasiyadan məhrum olunublar.
Kreml nümayəndəsi "Spiegel"ə bildirib ki, “mövcud vəziyyətlə əlaqədar paradın işıqlandırılması formatı dəyişdirilib”. Onun sözlərinə görə, əvvəlcədən akkreditasiya almış xarici media qurumlarının tədbirə buraxılmasına icazə verilməyəcək. Digər media qurumlarına isə Kremlin nümayəndəsinin “yalnız Rusiya mediasına giriş icazəsi verilib” dediyi bildirilib. "