Bu gün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.
“İki sahil” xəbər verir ki, iclasda Azərbaycanda turizm sahəsində mövcud vəziyyət, problemlər və inkişaf perspektivləri, turizm bazarının genişləndirilməsi və turizmin inkişafı istiqamətində əsas prioritet tədbirlər və carı iqtisadi məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələ üzrə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin təqdimatı dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər.
İclasın yekununda turizm sahəsinin inkişafı ilə bağlı qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində II Beynəlxalq Aqrar İnnovasiya Forumu panel müzakirələri yekunlaşıb
“İmkanlar hər kəs üçün” sosial layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub