08 may 2026 17:43
98

Azərbaycanda növbəti torpaq hərracları keçiriləcək

İyunun 10-da Azərbaycanın regionlarında 22 torpaq hərracı keçiriləcək.

“İki sahil” bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) istinadla xəbər verir.

Məlumata görə, hərraclar Dövlət Xidmətinın Gəncə, Şirvan, Mingəçevir, Lənkəran, Ucar, Xaçmaz, Cəlilabad və Şamaxı ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 22 torpaq sahəsi çıxarılacaq.