İranla aparılan danışıqlarda irəliləyiş əldə olunmasa, ABŞ Hörmüz boğazında gəmilərin tranzit təhlükəsizliyini təmin etməyə yönəlmiş “Azadlıq layihəsi” əməliyyatını bərpa edə bilər.
“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
Tramp deyib: “Əgər heç bir nəticə əldə olunmasa, biz “Azadlıq layihəsi”nə qayıda bilərik. Lakin bu proses layihəyə müsbət təsir göstərə bilər”.
ABŞ mayın 4-də “Azadlıq layihəsi” əməliyyatına başlayıb. Lakin ertəsi gün Donald Tramp təşəbbüsün müvəqqəti dayandırıldığını elan edib. O bildirib ki, Pakistanın və bir sıra digər ölkələrin müraciətindən sonra əməliyyatın dayandırılmasına razılıq verilib.