09 may 2026 09:27
110

Pentaqon peyvənddən imtinaya görə tərxis olunmuş hərbçilərin bərpası üçün işçi qrup yaradacaq

Pentaqon rəhbəri Pit Heqset ABŞ-nin keçmiş prezidenti Cozef Bayden administrasiyası dövründə COVID-19 peyvəndindən imtinaya görə tərxis olunmuş hərbi qulluqçuların məsələlərinin həlli üçün işçi qrupu yaradılacağını elan edib.

“İki sahil” xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yayılmış videomüraciətdə bildirib.

P.Heqsetin sözlərinə görə, yeni qrup bərpa və pandemiya dövründə verilən qərarların nəticələri ilə məşğul olacaq.

O, qeyd edib ki, keçmiş hərbçilər orduya qayıtmaq niyyətində olmasalar belə, ABŞ Müdafiə Nazirliyi onlara ödənilməmiş bonusların həllində, tərxis olunma məlumatlarını nəzərdən keçirmələrində, müvafiq müavinətləri almalarında və şəxsi sənədlərindən mənfi qeydlərin silinməsində kömək edəcək.