09 may 2026 21:36
106

MPL: “Araz-Naxçıvan” “Sumqayıt”a avtoqolla uduzdu

Misli Premyer Liqasının 31-ci turunda “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edib.

İki sahil”in məlumatına görə, yarışın 45+2-ci dəqiqəsində Aleksandr Ramalinqom hesabı açıb.

63-cü dəqiqədə Ba-Muaka Simakala “Araz-Naxçıvan”ın bərabərlik qolunu vursa da 90+3-cü dəqiqədə topu özü qapısından keçirən Rahil Məmmədov “Sumqayıt”a qələbə qazanmasına səbəb olub - 2-1.

Misli Premyer Liqası,

31-ci tur

9 may

19:30. “Sumqayıt” 2-1 “Araz-Naxçıvan”

Qollar: Aleksandr Ramalinqom, 45+2 (1-0), Ba-Muaka Simakala, 63 (1-1), Rahil Məmmədov, 90+3-avtoqol (2-1)

Baş hakim: Rəvan Həmzəzadə

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”