11 may 2026 00:50
135

Latviyanın müdafiə naziri dron hadisələrindən sonra istefa verib

Latviyanın müdafiə naziri Andris Spruds ölkədəki dron hadisələri fonunda istefa verib.

“İki sahil” xəbər verir ki, bu barədə ERR telekanalı məlumat yayıb.

Medianın məlumatlarına görə, qərar dronların Latviya ərazisinə daxil olması ilə bağlıdır. Ölkənin Baş naziri Evika Silina nazirin özünün və ictimaiyyətin etimadını itirdiyini bildirib və buna görə də onun istefasını tələb edib.

Hökumət başçısı həmçinin müdafiə naziri vəzifəsinə polkovnik Rayvis Melnisin təyin olunmasını təklif edib, sonuncu vəzifəni icra etmək təklifi ilə razılaşıb.

Silina qeyd edib ki, dron hadisəsi müdafiə sektorunda siyasi rəhbərliyin səmərəsizliyini və ölkənin hava məkanının təhlükəsizliyinin təmin olunması üçün verilən vədlərin yerinə yetirilməməsini nümayiş etdirir.

Spruds öz növbəsində istefasının şəxsi qərar olduğunu bildirib, Baş nazirin açıqlamalarını isə siyasi oyun adlandırıb.