11 may 2026 01:06
123

Londonda yəhudi icmasının üzvlərinə hücumla əlaqədar bir nəfər saxlanılıb

Londonun şimalında yəhudi icmasının üzvlərinə hücum nəticəsində üç nəfər yüngül xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə Skotland-Yardın açıqlamasında bildirilir.

Hadisə yerli vaxtla saat 01:20-də (Bakı vaxtı ilə saat 04:20) Enfild rayonundakı Sautberi-roud küçəsində baş verib. Polis icma üzvlərini izlədiyi və hücum etdiyi iddia olunan bir kişi barədə məlumat alıb.

Hadisə ilə bağlı London ətrafındakı Hornçerçdə yaşayan 34 yaşlı Dilan Ossey saxlanılıb. Ona qarşı hücum, irqi və ya dini motivli hərəkətlər, hədə-qorxu və təhqiramiz davranış da daxil olmaqla beş maddə ilə ittiham isrəli sürülüb.

Zərərçəkənlər 58 və 26 yaşlı iki kişi və 53 yaşlı qadındır, onlar əlavə müalicə tələb etməyən xəsarətlər alıblar.

Məhkəmə iclası mayın 11-ə təyin edilib.

Polis bildirib ki, onlar bu cür hadisələrə son dərəcə ciddi yanaşır və təhlükəsizliyin təminatı üçün Londonun yəhudi icmaları ilə işləməyə davam edirlər.