"Roma"nın sağ cinah müdafiəçisi Uesli Fransa yay transfer pəncərəsində komandasını dəyişə bilər.
“İki sahil” xəbər verir ki, jurnalist Əkrəm Konurun yaydığı məlumata görə, 22 yaşlı braziliyalı futbolçu üçün bir sıra Avropa nəhəngləri, o cümlədən "Barselona", "Real", "Mançester Siti", "Arsenal", "Tottenhem" və "Nyukasl" mübarizə aparır. Hazırda ehtimal olunan transferin dəyərinin 60 milyon avrodan çox olduğu bildirilir.
Qeyd edək ki, Ueslinin paytaxt təmsilçisi ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. "Roma" gənc müdafiəçini ötən yay 25 milyon avroya transfer edib.
Xatırladaq ki, braziliyalı futbolçu "sarı-qırmızılar"ın heyətində bütün turnirlərdə ümumilikdə 37 matçda iştirak edərək 5 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.