11 may 2026 22:00
108

Ferlan Mendi karyerasını bitirir?

"Real"ın müdafiəçisi Ferlan Mendi hazırda karyerasını başa vurmaq barədə düşünmür.

“İki sahil” xəbər verir ki, bu barədə  insayder Fabritsio Romano məlumat yayıb. Ağır zədədən sonra uğurla əməliyyat olunan fransalı futbolçunun yaşıl meydanlara qayıtmaq əzmində olduğu bildirilir. 

Xatırladaq ki, oyunçu sümük qopması ilə müşayiət olunan vətər yırtığı zədəsi ilə sıradan çıxıb.

Qeyd edək ki, Ferlan Mendi 2019-cu ildən "Real"ın şərəfini qoruyur. Cari mövsümdə o, bütün turnirlərdə ümumilikdə 9 matçda iştirak edib və hər hansı məhsuldar nəticə ilə yadda qalmayıb.