11 may 2026 22:47
101

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycanın Britaniyadakı səfirliyində tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və büstü önünə gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində müstəsna rolu barədə tədbir iştirakçılarına məlumat verib.

Səfir Azərbaycanda sabitliyin bərqərar olması, dövlətçilik ənənənələrinin qurulması, iqtisadi inkişafın və beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin möhkəmləndirilməsində Ulu Öndərin misilsiz xidmətləri barədə danışıb.

Tədbirdə, həmçinin Əməkdar mədəniyyət işçisi, tarzən Rafiq Rüstəmov çıxış edib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın mədəniyyətinə, incəsənətinə diqqət və qayğısı haqqında danışıb. Əslən Ağdamdan olan Rafiq Rüstəmov Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib və bugünkü qüdrətli Azərbaycan dövlətinin Ulu Öndər Heydər Əliyevin şah əsəri olduğunu vurğulayıb.