Yaxın vaxtlarda hesabına Bakı Beynəlxalq Dəniz Limanının ötürücülük qabiliyyəti 150 min TEU-dan 260 min TEU-ya çatdırılacaq.
“İki sahil” xəbər verir ki, Bakı Limanının mülkiyyətçisi olan "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədrinin müavini Arif Ağayev bildirib.
Onun sözlərinə görə, bu məqsədlə Limanda dibdərinləşdirmə işləri görüləcək, yeni avadanlıqlar alınacaq.
Bundan başqa, ADY rəsmisi deyib ki, təmsil etdiyi qurum infrastrukturunu genişləndirir, xüsusilə əsas dəmir yolları təkmilləşdirilir, yeni lokomotivlər və vaqonlar alınır.
Prezident İlham Əliyevin ötən il fevralın 25-də imzaladığı sərəncama əsasən, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC ADY-nin tabeliyinə verilib. Bundan sonra şirkət "Bakı Beynəlxalq Dəniz Limanı" MMC kimi fəaliyyət göstərməyə başlayıb.