Övladlığagötürmə bir uşağın başqa bir ailə tərəfindən rəsmi qaydada övlad kimi qəbul edilməsidir. Nəticədə uşaq ilə onu övladlığa götürən şəxslər arasında qanuni valideyn-övlad münasibətləri yaranır. “Himayədar ailə” qayğı modeli də valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların müəyyən müddət ərzində bir ailə və ya bir şəxs tərəfindən himayəyə götürülməsidir. Həm övladlığagötürmə, həm də “Himayədar ailə” qayğı modeli uşaqların sevgi, qayğı dolu bir ailə mühitində böyüməsinə, inkişafına xidmət edir.
“İki sahil” xəbər verir ki, 14 may saat 11:30-da DOST TV-də canlı yayımlanacaq “Sosial saat”da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Övladlığagötürmə və alternativ qayğı siyasəti şöbəsinin müdir müavini Tokay Bayramovla bu mövzudan bəhs ediləcək, həmçinin izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.